Türkiyə BMT Təhlükəsizlik Şurasında və Beynəlxalq Atom Enerjisi Agentliyində (MAQATE) təşəbbüs göstərəcək və İsrailin atom bombasına malik olmasını müzakirə edəcək.
Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan səsləndirib.
Onun sözlərinə görə, İsraildə atom bombasının olması regionun, o cümlədən Türkiyənin təhlükəsizliyinə təhdiddir. Ərdoğan bildirib ki, artıq o bu barədə lazımi orqanlara şikayət edib.
Ərdoğan həmçinin İsrailin nüvə silahına malik olduğunu etiraf etməsindən sonra BMT Təhlükəsizlik Şurası və MAQATE-ni fəaliyyətsizlikdə ittiham edib.
Bundan əvvəl Türkiyə lideri bəyan etmişdi ki, İsrail Qəzza zolağına humanitar yardımın çatdırılmasına mane olmağa çalışır. Onun sözlərinə görə, bütün dünya ictimaiyyəti, xüsusən də müsəlman dövlətləri Fələstin xalqına kömək etmək üçün səfərbər olmağa borcludurlar.
Oktyabrın 7-də HƏMAS Əl-Əqsa daşqını əməliyyatına başladığını elan etdikdən sonra minlərlə HƏMAS yaraqlısının Qəzza zolağından İsrailə sızmasından sonra Yaxın Şərqdə vəziyyət gərginləşib. Buna cavab olaraq İsrailin baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu açıqlayıb.
"Bu, Türkiyə üçün təhlükədir" - Ərdoğan
22
noyabr
10:09

Qarabağ
KOMMENTLƏR
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- İlham Əliyev Tokayevi təbrik etdi
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər