10 min nəfərin qatıldığı toyda yığılan pulu 6 saat ərzində saya biliblər.

Hadisə Türkiyənin Van şəhərində baş verib. Vanda 10 min nəfərin qatıldığı "aşiret" toyunda bəyə 10 milyon lirə, gəlinə isə kilolarla qızıl verilib. Yığılan məbləğ onlarla insan tərəfindən 6 saata sayıla bilib.

Toya Amerika, Almaniya, Fransa, Hollandiya, İran, İraq və Suriyadan da insanlar qatılıb. 220 baş xırdabuynuzlu mal-qaranın kəsildiyi toya tayfa başçıları, liderlər bələdiyyə sədrləri, siyasi partiya nümayəndələri və iş adamları daxil olmaqla 10 minə yaxın adam qatılıb.скачать dle 12.1