Dünyaca məşhur adların bir araya gəldiyi Ciddədə keçirilən festivalın fəxri qonağı olaraq Hande Erçel diqqət mərkəzinə düşüb. Gözəlliyi və geyim seçimi ilə çox bəyənilən Hande Erçel gecəyə Özgür Masurun hazırladığı gözqamaşdırıcı libasda qatılıb.
Tamamilə qara geyinən aktrisa həmişəki görkəminin əksinə olaraq demək olar ki, dekoltesiz paltar seçib. Təbii ki, bu vəziyyət diqqətdən yayınmayıb. Aktrisanın tərzi "Kızılcık Şerbetindeki aktrisa kimisən" şərhlərinə səbəb olub.