Türkiyənin təhlükəsizlik qüvvələri tərəfindən İraq və Suriyanın şimalında yeddi terrorçu zərərsizləşdirilib.
Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.
Məlumata əsasən, İraqın şimalındakı “Pəncə-Kilit” əməliyyatı bölgəsində 5 PKK terrorçusu, Suriyanın şimalındakı “Fərat Qalxanı” əməliyyatı bölgəsində isə iki PKK/YPG üzvü məhv edilib.
Həmin bölgələrdə terrorçular tərəfindən Türk əsgərlərinə qarşı hücum planlaşdırıldığı müəyyənləşdirilib.
Əməliyyatlarda silahlı pilotsuz uçuş aparatlarından istifadə olunub.
скачать dle 12.1