“İsrail HƏMAS hərəkatına qarşı azı bir il davam edə biləcək uzunmüddətli hərbi kampaniyaya hazırlaşır”.
Bu barədə “The Financial Times” məlumat yayıb.
Bildirilib ki, hərbi əməliyyatların ən gərgin mərhələsi 2024-cü ilin əvvəlində gözlənilir.
İsrail komandanlığının məqsədlərinə Qəzza zolağında HƏMAS lideri Yəhya Sinvar, hərəkatın hərbi lideri Məhəmməd əl-Deyf və onun digər yüksək vəzifəli üzvü Mərvan İsanın zərərsizləşdirilməsi daxildir. Bundan əlavə, İsrail Qəzzada tunel sistemini məhv etmək niyyətindədir.