Belçika hökuməti Ukraynaya hərbi yardım çərçivəsində F-16 qırıcı təyyarələrinin 2025-ci ildə tədarük ediləcəyini təsdiqləyib.
Ukrayna Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər verir ki, bunu Krallığın müdafiə naziri Ludivine Dedonder ukraynalı həmkarı Rustem Umerovla görüşü zamanı bildirib.
Görüş zamanı tərəflər Ukraynaya F-16 qırıcı təyyarələrinin göndərilməsi, ukraynalı pilotların Belçikada hazırlanması, təyyarələr üçün lazımi avadanlıqların tədarükü məsələlərini müzakirə ediblər.
Ukraynalı nazir Ukrayna Silahlı Qüvvələrinin müdafiə qabiliyyətinin gücləndirilməsində Belçika Krallığının davamlı dəstəyini və hərtərəfli iştirakını ölkəsinin yüksək qiymətləndirdiyini vurğulayıb.
Ukrayna Müdafiə Nazirliyinin məlumatına əsasən, Belçika Krallığından Ukrayna Silahlı Qüvvələrinə indiyə qədər ümumi texniki yardımın dəyəri 320 milyon avrodan çoxdur.
Belçika 2025-ci ildə Ukraynaya F-16 qırıcıları tədarük edəcək
05
dekabr
15:35

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat