Rus mühəndis bölmələrinin hərbi qulluqçuları Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət sahələrində mühəndis kəşfiyyatı və mina təmizlənməsi işlərini davam etdirirlər.
Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında məlumat verilib. Bildirilib ki, Rusiya mühəndislik bölmələri sülhməramlı müşahidə postları ilə ümumi istifadə yolları arasındakı marşrutlarda mühəndis kəşfiyyatı və minalardan təmizlənmə ilə məşğul olur, yaşayış məntəqələri və yaşayış məntəqələrinin sosial infrastrukturu ərazilərində baxış aparır və əraziləri minalardan təmizləyir.
Kəşf edilmiş döyüş sursatları və partlayıcı maddələr tullantı poliqona aparılır və partladılaraq zərərsizləşdirilir. Tullantı poliqonuna köçürülə bilməyən döyüş sursatları təhlükəsizlik təmin edildikdən sonra yerindəcə məhv edilir.
Qeyd olunub ki, partlayıcı əşyaların aşkarlanması istiqamətində ərazinin araşdırılması üzrə işlərin mərhələlərindən biri Rusiya sülhməramlılarının xidməti üçün stasionar postların tikiləcəyi mövqelərin öyrənilməsidir.
Minalardan təmizlənməyə qatılan hərbi qulluqçular müasir qoruyucu kostyumlarla və partlayıcı obyektlərin axtarışı üçün müasir vasitələrlə - IMP-S2 və INVU-3M mina detektorları ilə təchiz olunublar.
Qeyd edək ki, “RİA Novosti” öz Telegram-kanalında mina təmizləmə əməliyyatından daha bir video paylaşıb.
Rus hərbçilər Qarabağda mina təmizləməyə davam edir - VİDEO
24
noyabr
11:32

Qarabağ
KOMMENTLƏR
Rusiya Dağlıq Qarabağa mühəndis-istehkamçılar da göndərib
Rusiyalı sülhməramlılar Dağlıq Qarabağın minalardan təmizlənməsində iştirak edəcək
Rusiya MN: Laçın dəhlizində minalardan təmizlənmə işləri aparılır
RF Müdafiə Nazirliyi: Qarabağda təmas xətti boyunca atəşkəs müşahidə olunur
Rusiya Müdafiə Nazirliyinin saytında Qarabağ haqda yenilik
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat