Rusiya və İran prezidentləri Vladimir Putinlə İbrahim Rəisinin Kremldə danışıqları başa çatıb.
 TASS xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
O qeyd edib ki, iki dövlət liderinin görüşü 5 saatdan çox davam edib.
Bundan əlavə, Peskov əlavə edib ki, danışıqlar zamanı həm ikitərəfli, həm də beynəlxalq mövzular, xüsusilə Fələstin-İsrail zonasındakı vəziyyət müzakirə edilib. 
*** 18:47
Rusiya prezidenti Vladimir Putin Moskvada iranlı həmkarı İbrahim Rəisi ilə görüşüb.
Tərəflər əsas beynəlxalq və regional mövzuları müzakirə etməyi planlaşdırırlar.

скачать dle 12.1