Dünya ictimaiyyəti tərəfləri Qəzza bölgəsində müharibəni dayandırılmağa çağırdığı halda İsrail və HƏMAS hələ də inadkarlıq göstərirlər.

“Azad İran” teleqram-kanalı xəbər verir ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Doha Assosiasiyasının iclasında “Əl-Əqsa tufanı” əməliyyatına toxunaraq, bəzi maraqlı məqamlar açıqlayıb.

“HƏMAS milli azadlıq hərəkatıdır və biz onların mübarizəsindən xəbərdarıq. Biz “sionist rejim”lə mübarizəni dəstəkləyirik. İsmayıl Haniyə (HƏMAS-ın Siyasi Bürosunun rəhbəri) mənə bildirdi ki, HƏMAS hələ bir neçə il müharibəni davam etdirmək qabiliyyətinə malikdir”, - Abdullahiyan deyib.скачать dle 12.1