Moskvada ilk dəfə olaraq cinayətə görə Rusiya vətəndaşlığına xitam verilməsi barədə qərar qəbul edilib.

Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Moskva şəhəri üzrə Baş İdarəsinin mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, Rusiya vətəndaşlığına qəbul edilmiş iki əcnəbinin Rusiya pasportu narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə müsadirə edilib.

Baş idarədən bildirilib ki həmin şəxslərdən birindən 19 bağlamada mefedron, ikincisindən isə 1 bağlamada analoji sintetik narkotik maddə aşkar edilərək götürülüb.скачать dle 12.1