Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan gələn həftə Macarıstana səfər edəcək.
“RİA Novosti“ xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Budapeştdəki səfirliyi təsdiqləyib.
Türkiyə lideri 18 dekabrda baş tutacaq bir günlük səfər zamanı Budapeştdə Macarıstan Prezidenti Katalin Novak və ölkənin Baş naziri Viktor Orbanla görüşəcək.
Səfər çərçivəsində Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası keçiriləcək. Türkiyə ilə Macarıstan arasında fövqəladə hallarda prioritet strateji tərəfdaşlıq və qarşılıqlı yardımın yaradılması haqqında sazişin imzalanması planlaşdırılır.
Həmin gün axşam Ərdoğanın iştirakı ilə Macarıstanda Türkiyə Mədəniyyət ilinin açılış mərasimi keçiriləcək.
Xatırladaq ki, Türkiyə Prezidenti bu ilin 20 avqustunda Budapeştə gedib və Dünya Atletika Çempionatının açılışında iştirak edib.
Ərdoğan gələn həftə Macarıstana səfər edəcək
15
dekabr
12:36

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat