ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan İsraildə keçirdiyi mətbuat konfransında ölkəsinin Təl- Əvivi dəstəklədiyini deyib.
O bildirib ki, ABŞ İsrailin yanındadır: “Biz İsrailin HƏMAS-a qarşı özünümüdafiə hüququnu dəstəkləyirik”.
V. Sallivan, həmçinin söyləyib ki, o, bu gün həm də İordan çayının qərb sahilində Fələstin prezidenti Mahmud Abbasla görüşəcək.
ABŞ rəsmisi dinc əhali arasında itkilərin qarşısının alınması məqsədilə İsraildən nəticə gözlədiyini diqqətə çatdırıb.
Qeyd edək ki, HƏMAS-la israil arasında müharibə bu il oktyabrın 7-də başlayıb. Bu, savaş başlayandan bəri C. Sallivanın İsrailə ikinci səfəridir.скачать dle 12.1