Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iki ölkə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının növbəti iclasında iştirak etmək məqsədilə Macarıstana gedib.

Türkiyənin diplomatik mənbələri xəbər verir ki, Türkiyə Prezidentinin Macarıstana səfəri zamanı iki ölkə arasındakı “strateji tərəfdaşlıq” münasibətlərinin “genişləndirilmiş strateji tərəfdaşlıq” səviyyəsinə yüksəldilməsi hədəflənir. Bununla bağlı Ərdoğan ilə Orban tərəfindən müvafiq sənədin imzalanması gözlənilir. Ümumiyyətlə, iki ölkə arasında iqtisadiyyat, ticarət, müdafiə sənayesi, enerji və mədəniyyət sahələrini əhatə edən 16 sənədin imzalanması nəzərdə tutulur.

Qeyd edək ki, 1923-cü ildə imzalanmış “Türkiyə-Macarıstan Dostluq Müqaviləsi”nin 100-cü ildönümü münasibətilə 2024-cü il Türkiyə və Macarıstanda qarşılıqlı mədəniyyət ili elan olunub. Ərdoğan və Orban bununla əlaqədar Macarıstanda keçiriləcək tədbirlərin açılışını edəcəklər.
скачать dle 12.1