Türkiyənin Balıkəsir şəhərində dəhşətli ailə faciəsi baş verib. 30 yaşlı Kadir Meşe dini nikahda yaşadığı 3 aylıq hamilə Hazal Alpyörükü 97 bıçaq zərbəsi ilə öldürüb. Hadisədən sonra saxlanılan Kadir Meşenin işi məhkəməyə göndərilib. Hakim Kadiri ağırlaşdırılmış ömürlük həbs cəzasına məhkum edib.