Goranboyda yanğın hadisəsi baş verib.
Hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan TIR-da anidən yanğın yaranıb. Dərhal hadisə yerinə FHN-in yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub.
Yanğın söndürülüb, yük maşınının qalan hissəsi yanğından mühafizə edilib.скачать dle 12.1