Beynəlxalq xəstəliklərə nəzarət təşəbbüsləri, COVID-19 pandemiyasının şiddətli təsirindən sonra əsasən bərpa edilib. İqlim dəyişikliyi dünyanın ən ölümcül üç yoluxucu xəstəliyi - QİÇS, vərəm və malyariya ilə mübarizə səylərinə mane olur.
Xarici KİV xəbər verir ki, bunu həmin xəstəliklərlə mübarizə üzrə Qlobal Fondun rəhbəri Piter Sends deyib.
Fondun 2023-cü il nəticələrinə dair hesabatında qeyd olunur ki, COVID-19 pandemiyasının şiddətli təsirindən sonra beynəlxalq xəstəliklərə nəzarət təşəbbüsləri əsasən bərpa olunub.
"Lakin iqlim dəyişikliyinin artan çağırışları o deməkdir ki, dünyanın qeyri-adi addımlar atmadan 2030-cu ilə qədər QİÇS, vərəm və malyariyaya son qoymaq məqsədinə çata bilməyəcək".
Onun sözlərinə görə, malyariya əvvəllər xəstəlik daşıyan ağcaqanadlar üçün çox soyuq olan Afrikanın yüksək dağlıq ərazilərində yayılır.
Həmçinin qeyd olunub ki, ekstremal hava hadisələri, xüsusən də daşqınlar səhiyyə xidmətlərini alt-üst edir, əhalinin miqrasiyasına və xəstələnmə hallarının artmasına səbəb olur.
Bununla belə, Sands qeyd edib ki, Sudan, Əfqanıstan və Myanma, eləcə də Ukrayna kimi münaqişələrdən əziyyət çəkən ölkələrdə bu xəstəliklərin müalicəsinə və qarşısının alınmasına kömək etmək üçün geniş əhali kütləsinə çatmaq təhlükəsizliyə görə son dərəcə çətindir.
Eyni zamanda, Sandsin vurğuladığı kimi, müsbət cəhətlər də var. Məsələn, Qlobal Fondun sərmayə qoyduğu ölkələrdə 2022-ci ildə 6,7 milyon insan vərəmdən müalicə olunub ki, bu da əvvəlki illə müqayisədə 1,4 milyon nəfər artım deməkdir. Fond həmçinin 24,5 milyon insana HİV-ə qarşı antiretrovirus terapiyanın təmin edilməsinə kömək edib və 220 milyon ağcaqanad torları paylayıb.
İqlim dəyişikliyi ən ölümcül üç yoluxucu xəstəliklə bağlı mübarizəni çətinləşdirir
21
dekabr
18:11

Qarabağ
KOMMENTLƏR
Qaribaşvili: “Gürcüstanda elektrik enerjisinin 85 %-ə qədəri bərpa olunan enerji mənbələrindən istehsal olunur”
Britaniya Kralı: “COP28 iqlim dəyişikliyi ilə mübarizədə böyük dönüş nöqtəsi ola bilər”
Qlobal istiləşmənin ağır fəsadları ilə bağlı xəbərdarlıq
"Dünya iqlim cəhənnəmi ilə üz-üzədir" - Quterreş
Dünyanın “yoluxucu xəstəliklər mərkəzi” tapıldı
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat