"Hesab edirəm ki, anti-Rusiya sözü yanlışdır, çünki erməni və rus xalqları dost xalqlardır və belə bir söz demək olmaz".
Bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan brifinq zamanı deyib. 
Spikerin sözlərinə görə, Ermənistanda heç bir anti-Rusiya əhval-ruhiyyəsi yoxdur: "Son illərdə həyata keçirilən siyasət və addımlardan ikrah var, amma xahiş edirəm bunu anti-Rusiya fonuna çevirməyin".
KTMT katibinin özü ilə Ermənistana apardığı sənədlər imzalanacaqmı sualına Simonyan belə cavab verib: "Hər bir halda, Ermənistanın maraqlarına zidd olacağı təqdirdə, heç bir şəkildə fəaliyyətə torpeda vermək fikrində deyilik. Yox, imzalanmayacaq".
Simonyan bildirib ki, Rusiyadan silah tədarükü ilə bağlı müzakirələr indi də davam edir: "Mən əmin deyiləm ki, danışıqlar apardığımız şeyə sonda sahib olacağıq, amma görəcəyik. Biz bu barədə danışmışıq. Pul köçürülüb və biz çox uzun müddət silahı gözləmişik və bu, bizim üçün ən çətin dövrdə olub". 
Rusiyanın Ermənistandakı səfiri Sergey Kopirkin bəyan edib ki, Moskva və İrəvan hərbi-texniki əməkdaşlığa dair yeni sazişləri müzakirə edir. Simonyan jurnalistin bu barədə sualına cavabında deyib ki, həmin müqavilələrdən xəbəri yoxdur.
скачать dle 12.1