Sovet və rus bəstəkarı, dirijor, pedaqoq, ictimai xadim, SSRİ xalq artisti və Rusiya Federasiyasının Əmək Qəhrəmanı Murad Kazlayev 92 yaşında vəfat edib.
Bu barədə Dağıstan Respublika Mədəniyyət Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Təəssüf ki, Murad Kazlayev Dağıstanda dünyasını dəyişib”, - TASS departamentdən sitat gətirib.
Azərbaycanla bağlı bəstəkarın xoş xatirələri var. "Azərbaycan mənə musiqi yazmağı öyrətdi", - deyə bəstəkar xatirələrini bölüşüb.
1955-1958-ci illərdə Murad Kazlayev Mahaçqalada Çaykovski adına Musiqi Məktəbində dərs deyib, 1957-1958-ci illərdə Dağıstan Radiosu Simfonik Orkestrinin baş dirijoru, 1963-1964-cü illərdə Dağıstan Fiharikulunun bədii rəhbəri olub.
1965-ci ildə uzun illər populyar olan “Qunib” vokal-instrumental ansamblını yaradıb. 1989-2007-ci illərdə Mərkəzi Televiziya və Ümumittifaq Radionun Estrada Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru olub.
Murad Kazlayevin əsərlərinin siyahısına Rusiya, eləcə də Almaniya, ABŞ və İtaliyada buraxılan 25 diskdə toplanmış 350-dən çox ad daxildir. O, bəstəkar kimi şair Ruslan Qəmzətov və dirijor Camal-Eddin Dalqatla çalışıb.
SSRİ Xalq artisti vəfat edib
23
dekabr
15:33

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanda növbəti torpaq hərracları elan edildi
- Mədəni sərvətlərə vahid qaydada pasport veriləcək
- Mədəni sərvətlərə vahid qaydada pasport veriləcək
- "Lukoil"da kartla ödənişlərdə problem yarandı
- “Limak Kargo” bağlamamı itirib, pulumu qaytarmır, “səsini kəs” deyirlər – ŞİKAYƏT
- Mədəni sərvətlərə vahid qaydada pasport veriləcək
- “Ona 900 min dolların qarşılığında 2-3 milyon dollar vermişəm”
- Həbsdə olan MTK rəhbərindən “Atlant”ın sahibinə: 30 il qulun olmuşam
- “Melissa Group”un vətəndaşın başına uçurduğu ev sökülür
- Saleh Məmmədov Zülfüqar Xəlilovu vəzifəsindən azad etdi