Türkiyədə yayımlanan "Kızıl Goncalar" serialındakı şiddət səhnəsi böyük narazılığa səbəb olub.
Türkiyə KİV xəbər verir ki, naməlum şəxslər serialın afişasının asıldığı divara qara rəngli sprey boya ilə hücum edib. Hadisə Şişli ərazisində yaşanıb. Onlar plakatları qara boya ilə boyayaraq ekran işindəki şiddət səhnəsinə etiraz ediblər.

 

Xatırladaq ki, ekran işində dini dərsdə müəllim şagirdə qarşı zorakılıq edərək ona "sillə" vurub. Türkiyə Radio və Televiziya İdarəsi serialda yayımlanan bu görüntülərin araşdırılacağını bildirib. Serialın baş rollarında aktrisa Özgü Namal və müğənni Özcan Deniz çəkiliblər. 








скачать dle 12.1