Azərbaycanın Qazaxıstandakı səfirliyi həmin ölkədə daimi və ya müvəqqəti yaşayan, çalışan və təhsil alan Azərbaycan Respublikası vətəndaşlarına müraciət edib.
Müraciətdə bildirilib ki, 7 fevral 2024-cü il tarixinə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində xarici ölkələrdə olan Azərbaycan Respublikası vətəndaşlarının seçki hüquqlarının təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarında hazırlıq işləri görülməkdədir. Bu məqsədlə xarici ölkələrdəki Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarında seçki məntəqələri yaradılmaqdadır.
Müraciətdə Azərbaycan Respublikası Prezidenti seçkilərində iştirak etmək istəyən, Qazaxıstan Respublikasında daimi yaşayan və ya müvəqqəti olan, yaxud uzunmüddətli ezamiyyətdə olan 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşlarının seçici siyahısına əlavə olunmaları məqsədilə 29 dekabr 2023-cü il tarixinədək aşağıda qeyd olunmuş əlaqə vasitələri ilə müraciət etmələri xahiş olunub.
Almatı və ona bitişik ərazilərdə yaşayan Azərbaycan Respublikası vətəndaşları üçün Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı Səfirliyinin Almatı şəhərindəki ofisinin əlaqə vasitələri:
Telefon: +77273132602
Elektron poçt: [email protected]
Manqistau vilayətindəki yaşayan Azərbaycan Respublikası vətəndaşları üçün Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş Konsulluğunun əlaqə vasitələri:
Telefon: +7292422300
Elektron poçt: [email protected]
Digər vilayətlərdə yaşayan Azərbaycan Respublikası vətəndaşları üçün Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı Səfirliyinin əlaqə vasitələri:
Telefon: +77780002838
Elektron poçt: [email protected]
Müraciət zamanı seçici siyahısına əlavə edilməsi məqsədilə Azərbaycan Respublikası vətəndaşının tam adı (soyadı, adı, atasının adı), doğulduğu tarix (il, ay və gün) və yaşadığı ünvan barədə məlumat təqdim olunmalıdır.
Qazaxıstandakı səfirlik Azərbaycan vətəndaşlarına müraciət edib
25
dekabr
15:09

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat