“İşğal altında saxladıqları Azərbaycan ərazilərini tərk edən erməni separatçıları evləri yandırır, əmlakı məhv edir, ev heyvanlarını öldürür, meşəlikdəki ağacları doğrayırlar. Onlar bundan təəssüflənmirlər. Çünki 30 il ərzində faydalandıqları bu əmlak onlara məxsus deyildi”.
Bu barədə Moldovanın sabiq ombudsmanı Aurelia Qriqoriu sosial şəbəkədə yazıb.
Yazdıqlarına videogörüntü də əlavə edən A.Qriqoriu indi əraziləri tərk edən ermənilərin vaxtilə azərbaycanlılara qarşı törətdiyi cinayətləri xatırladıb:
“İşğal altında saxladıqları rayonları tərk edən erməni separatçıları 27 il ərzində qaldıqları yerlərdə ev tikməyiblər. Onlar vaxtilə azərbaycanlıları qovub, qətlə yetirib evlərini, əmlakını ələ keçirmişdilər. Onlar bu torpaqlarda yaddırlar. Amma özlərini o torpaqların əzəli sahibi sayırdılar. Erməni separatçıları işğal altında saxladıqları Azərbaycan ərazilərində indiyə qədər bir ağac əkməyiblər. Buna görə də onların məhv etdikləri ev heyvanlarına, ağaclara, çaylara yazıqları gəlmir, qəddarlıq nümayiş etdirirlər. Onlar hətta qəbirləri də qazaraq cəsəd qalıqlarını, qəbir daşlarını özləri ilə aparırlar. Çünki onlar insan deyillər, işğalçıdırlar, vəhşidirlər!”.
Sabiq ombudsman qeyd edib ki, erməni separatçılarının təbiətə, ətraf aləmə qarşı belə qəddarlıqlarına səbəb onların burada yad, gəlmə olmalarıdır:
“Lakin qisas, hesablaşmaq günü gəldi. Onlar bütün etdiklərinə görə indi və gələcəkdə cavab verəcəklər. İşğaldan azad olunan ərazilərin əsl sakinləri, onların övladları, nəvələri dağıdılmış, talanmış evlərinə geri dönürlər. Əminəm ki, Qarabağın əsl sakinləri dağıdılan, məhv edilən hər şeyi yenidən bərpa edəcək, qurub-yaradacaqlar. Onlar Qarabağı dirçəldəcəklər! Çünki azərbaycanlılar öz evlərinə qayıdırlar!”.
Moldovalı ombudsman: “Ermənilər insan deyillər, işğalçıdırlar, vəhşidirlər” - Video
27
noyabr
12:16

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat