Azərbaycan hərbçiləri Ermənistanın dövlət sərhəddini pozmayıb.
Bu barədə Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin birinci müavini Tiran Xaçatryan bildirib.
Bundan əvvəl müxalif “Çiçəklənən Ermənistan” partiyasının təəmsilçisi Naira Zöhrabyan iddia etmişdi ki, Zod qızıl mədəninin işçiləri Azərbaycan hərbçilərinə görə təxliyyə olunub. O əlavə etmişdi ki, Zod bu günlərdə Azərbaycana təhvil verilən Kəlbəcər rayonu ilə sərhəddir.
Xaçatryanın sözlərinə görə isə bu ərazidə Azərbaycan, Ermənistan və Rusiya hərbçilərinin iştirakı ilə demarkasiya işlərinə başlanılıb.
Onun sözlərinə görə, Zod qızıl mədənində Rusiyanın “GeoProMining Gold” şirkəti müəyyən bir ərazini hasara alıb və təhlükəsizlik məqsədi ilə nəzarət postu qoyulub. "Ermənistan silahlı qüvvələri bu işlərdə iştirak etməyib", - deyə Xaçatryan vurğulayıb.
O əlavə edib ki, Azərbaycan tərəfi bu ərazinin onun mülkiyyəti olması və oradakı insanların təxliyyə edilməsi məsələsini qaldırıb. Xaçatryana görə, Azərbaycan hərbçiləri Rusiya şirkətinin nümayəndələri ilə uzun müddət danışıqlar apardıqdan sonra işçilər ərazini tərk ediblər.
Zod qızıl mədənində nə baş verir? – Ermənistandan açıqlama
27
noyabr
12:22

Qarabağ
KOMMENTLƏR
"Sabah gələndə sizi burda görməyək!" – Zabitimizdən ermənilərə xəbərdarlıq (VİDEO)
Qırmızı darvazanın qara taleyi - Qızıl yatağında nələr baş verir?
Ermənistan parlamentində qalmaqal: müxalif deputatları iclas zalını tərk etdi
Çarukyanın deputatları Moskvadan “susqun” qayıtdılar
Ermənistana təhvil verilən 85 yaşlı qadının qohumları istintaqa cəlb edildi
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat