Yunanıstan Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus T-2 Buckeye təlim təyyarəsi Peloponnesdəki Kalamata hava limanı yaxınlığında qəzaya uğrayıb.
"Ekathimerini" saytı xəbər verir ki, hadisə ilə əlaqədar axtarış-xilasetmə əməliyyatına başlanılıb, pilotun taleyi hazırda məlum deyil.
Hadisə şahidlərinin sözlərinə görə, qəzadan əvvəl partlayış səsi eşidilib.
Qəzanın baş vermə təfərrüatları hələlik mövcud deyil.
Qeyd edək ki, ABŞ istehsalı ikimühərrikli təlim təyyarəsi olan T-2 Yunanıstan Hərbi Hava Qüvvələri üçün ilk növbədə gənc pilotların təliminin yekun mərhələsində istifadə edilən yeganə reaktiv təlim təyyarəsidir.
Yunanıstanda HHQ-yə məxsus təlim təyyarəsi qəzaya uğrayıb
27
dekabr
15:21

Qarabağ
KOMMENTLƏR
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
- "Laçının "Mədəniyyət Paytaxtı" elan edilməsi ilə əlaqədar Tədbirlər Planı təsdiqləndi" - Əli Əsədov
- Lisey və gimnaziyalara şagird qəbulu üzrə imtahan cədvəli açıqlandı
- Kolleclərə qəbul üçün qabiliyyət imtahanlarına qeydiyyat başlayır
- Rusiya Britaniya Şurasının fəaliyyətini arzuolunmaz elan edib
- "Rusiya atəşkəsə razı olsaydı, “Hörümçək toru” olmayacaqdı" - Zelenski
- Onların ABŞ-yə girişi qadağandır! - Trampdan qərar
- Rusiya XİN Zelenskinin bu iddialarını əsassız adlandırdı
- “Qardaşımı “İstanbul NS” klinikasının həkimləri öldürdü…” – Şikayət
- Azərbaycanda növbəti torpaq hərracları elan edildi