Şimali Koreya prezidenti Kim Çen In hərbi və nüvə silahı sənayesi rəhbərliyinə müharibə hazırlığını artırmağı əmr edib.
Yeni il öncəsi ölkədəki siyasi proseslərin müzakirə edildiyi toplantıda çıxış edən Kim, ABŞ və Cənubi Koreyanın son zamanlar təhdidlərini “unikal şəkildə” artırdıqlarını qeyd edib.
Son zamanlar Şimali Koreyanın ardıcıl raket sınaqları və casus peyk buraxılışları regionda gərginliyi artırıb. Bunun fonunda  Cənubi Koreya lideri Yoon Suk Yeol da Şimali Koreya sərhədində yerləşən hərbi hissəyə baş çəkib və ordunun təxribatlara qarşı ayıq-sayıq olması lazım olduğunu bildirib. 
скачать dle 12.1