Qərbin Rusiyanı strateji məğlubiyyətə uğratmaq strategiyası uğursuzluğa uğrayıb.
Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov telejurnalist Dmitri Kiselyova müsahibəsində bildirib.
Onun sözlərinə görə, ABŞ Rusiyanı düşmən adlandırıb, əgər belədirsə, Moskva hadisələrin istənilən inkişafına hazırdır.
Lavrov daha çox ölkənin Rusiyanı dəstəklədiyini söyləyib.
"Dövlətlərin böyük əksəriyyəti sanksiyalara qoşulmayıb. Səhər Vaşinqtonun nəyi sevməyəcəyini heç kim bilmir, hər kəs sanksiyaların hədəfinə çevrilə bilər", - Rusiya XİN başçısı vurğulayıb.
Lavrov dünyada müşahidə olunan beynəlxalq inkişafın əsas tendensiyalarını da açıqlayıb. Bildirib ki, bunlar çoxqütblü, çoxmərkəzli dünyanın qurulması və dedollarizasiyadır (dollarsızlaşma-red).
"Amerika qloballaşması pandemiya və sanksiyalara görə iflasa uğrayıb. İndi hər şey lokal regionlara səpələnib. Hər kəs artıq dollardan bezib", - Lavrov əlavə edib.
Lavrov: Qərbin Rusiyanı strateji məğlubiyyətə uğratmaq strategiyası uğursuzluğa uğrayıb
28
dekabr
14:05

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat