“Samsung” şirkəti yeni “Samsung Health” funksiyasını təqdim edib. 
Funksiya istifadəçilərə sağlamlıqlarını daha əhatəli şəkildə idarə etməyə imkan verəcək. Yeni funksiya reseptlə və reseptsiz satılan dərmanlarınızı asanlıqla izləməyə kömək edəcək. Həmçinin vacib, aktual məlumat və məsləhətlər təqdim edəcək. Xüsusilə, müntəzəm olaraq dərman qəbul edənlərə, eləcə də ümumi rifahını yaxşılaşdırmaq üçün pəhriz saxlayanlara kömək edəcək.
“Samsung Electronics”in vitse-prezidenti və rəqəmsal sağlamlıq qrupunun rəhbəri Honq Park yenilik haqqında ilkin məlumat verib:
“Samsung Health”in məqsədi insanlara sağlamlıqlarını vahid platforma vasitəsilə daha yaxşı başa düşmək və idarə etməkdə kömək edəcək. Əminik ki, yeni dərman izləmə funksiyasının əlavə edilməsi ilə istifadəçilər dərmanlarını təqib etməyi  asanlaşdıracaq və nəticədə ümumi sağlamlıqlarını daha yaxşı qoruyacaqlar."
Bu funksiyadan istifadə etmək üçün lazım olan seçilmiş dərmanın adını “Samsung Health”ə daxil etdikdən sonra “Dərman”lar funksiyası istifadəçilərə ümumi təsvir və mümkün yan təsirlər daxil olmaqla ətraflı məlumat verəcək. Dərman digər dərmanlarla qarşılıqlı əlaqədə olduqda və ya müəyyən qidalar, maddələrlə, məsələn, kofein və spirtlə eyni vaxtda qəbul edildikdə baş verə biləcək mənfi reaksiyaları göstərəcək.
Məsələn, əgər istifadəçi reseptlə satılan simvastatin preparatını qəbul edirsə, “Samsung Health” onları bu dərmanın qreypfrut suyu ilə birləşdirildikdə ciddi yan təsirlərə səbəb olacağı barədə xəbərdarlıq edəcək. İstifadəçilər hətta dərmanlarının formasını və rəngini də qeyd edə bilərlər. Bu da onlara qəbul etdikləri həbləri asanlıqla müəyyən etməyə imkan verir. Mümkün çaşqınlığın qarşısını almaq üçün doza, qəbul vaxtı və digər məlumatları da əlavə edə bilərsiniz.
Funksiya istifadəçilərə həm dərman qəbul etməyi, həm də onları satın almağı xatırladacaq. 
“Samsung Health” xüsusi reseptin nə qədər vacib və ya təcili olduğuna görə "yumşaq"dan "güclü"yə qədər xatırlatmalar da göndərəcək. Vacib dərmanlar üçün istifadəçilər “güclü” xəbərdarlıq alacaqlar. Bu da uzun bip səsi ilə müşayiət olunan smartfonun ekranında tam ekranda görsənəcək. 
“Samsung Health” proqramı yuxunun idarə edilməsi, zehinlilik proqramları və qeyri-müntəzəm ürək dərəcəsinin aşkarlanması funksiyaları da daxil olmaqla bir sıra qabaqcıl sağlamlıq təklifləri də təqdim edir. 
скачать dle 12.1