“Samsung” şirkəti şəxsi  “Exynos” prosessorlarından imtina edəcək.
Bu barədə “9to5Google” məlumat yayıb.
Hətta “Samsung Galaxy S23” cihazı “Exynos” prosessorlarından istifadə edilməyən ilk telefon olacaq. Bu smartfonların bütün ölkələrdə “Snapdragon 8 Gen 2” çipi ilə buraxılacağı ehtimal edilir.
Qeyd edək ki, “Samsung Galaxy S23”ün təqdimatı fevralın 1-də baş tutacaq. Nümayişə üç smartfon daxildir: S23, S23 Plus və S23 Ultra. İnsayderlər yeni qurğuların ötən ilki modellərdən baha olacağını da istisna etmir. скачать dle 12.1