"L'Oréal"ın direktorlar şurasının sədr müavini və onun qurucusu Eugene Schullerin nəvəsi 70 yaşlı Fransuaza Bettencourt Myers 99,6 milyard dollar sərvəti ilə dünyanın ən zəngin qadını olub.
"Bloomberg Billionaires Index"in dekabrın 28-nə olan məlumatına görə, onun hesabında 100,2 milyard dollar var.
"L'Oréal" səhmlərinin artımı 1998-ci ildən bu yana rekord həddə çatıb və Bettencourt Myersin sərvətinə təsir edib. Onun oğulları Viktor-Jan və Nikolas da şirkətin direktorlarıdır.
Ailə təxminən 35% paya sahibdir. Şirkət 1909-cu ildə kimyaçı Eugene Schuler tərəfindən saç boyası istehsal etmək üçün yaradılıb. 1957-ci ildə ölümündən sonra şirkət onun qızı və Fransuazanın anası Liliane Bettencourt tərəfindən miras qalıb. 2017-ci ildə 94 yaşında öldüyü zaman o, həm də 39,5 milyard dollar sərvəti ilə dünyanın ən varlı qadını idi.