“Şuşa şəhərinin işğaldan azad olunması ilə bağlı əməliyyat göstərdi ki, bu şəhər Azərbaycan üçün strateji əhəmiyyətli və simvolik xarakter daşıyır. Məsələ ondadır ki, Şuşadakı hərbi əməliyyatların teatrı havadan dəstəkdən, ağır silahlar və texnikalardan istifadə etməyə icazə verməyib. Azərbaycanlı döyüşçülər, görünür onların bir qismi xüsusi təyinatlılar və dağ atıcı bölmələri olublar, Şuşaya dağ-meşə yolları ilə piyada marş ediblər. Onlar güllələri, silah-sursatları üzərində daşıyıblar”.
Bu barədə Rusiyanın "Milli müdafiə" jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenko bildirib.
O qeyd edib ki, Şuşa uğrunda döyüşlər şiddətliliyi ilə seçilib:
“Azərbaycan Ordusu Şuşa uğrunda döyüşləri istisnasız olaraq şəxsi igidliyi, dözümlülüyü, əzmi və qələbəyə inamı sayəsində qazanıb. Ermənistan tərəfinin Şuşa uğurunda döyüşlərdəki itkilərini bilirik. Bütün bunlar onu göstərir ki, üzbəüz döyüşdə, haradakı ki, ya sən öldürürsən, ya da səni öldürürlər, Azərbaycan bölmələri qələbə qazanıb. Üstəlik, onu da qeyd edim ki, Ermənistan ordusuna Şuşa döyüşlərində artilleriya, reaktiv yaylım atəşləri sistemləri, zirehli texnika dəstək verib. Ermənilər Xankəndindən Azərbaycan bölmələrini ağır silahlarla atəşə tutublar. Bütün bunlara baxmayaraq, çox şiddətli keçən təmas döyüşlərində, küçə döyüşlərində Azərbaycan Ordusu əla döyüş qabiliyyəti keyfiyyətinə malik olduğunu göstərmiş oldu. Şuşa döyüşləri bu müharibədə kimin qələbəyə inamlı olduğunun, kimin əsgərinin nə üçün vuruşduğunun göstəricisidir. Əlbəttə ki, bu, həm də qərargahların işinin effektivliyinin göstəricisidir. Ona görə ki, bu cür əməliyyatlar planlaşdırılıb, onun yekunu və nəticələri savadlı operativ hərbi idarəetmə və sözsüz ki, döyüşlərdə Azərbaycan əsgəri və zabitinin dözümlülüyüdür”. (APA)
“Şuşa əməliyyatı göstərdi ki...” - İqor Korotçenko
27
noyabr
19:12

Qarabağ
KOMMENTLƏR
Azərbaycan polisi 28 il sonra Şuşada xidmətə başladı
Şuşa işğaldan azad edildi – Prezidentdən şad xəbər
“Şuşa və Xankəndidəki Ermənistan hərbçiləri mühasirəyə alınıb” - Geriyə yol yoxdur
Erməni mediası Şuşa haqda nə yazır? – Noyabrın 9-da…
“Daşaltı azad edilib, döyüşlər Şuşa yaxınlığında gedir” - Markov
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat