Türkiyənin İstanbul şəhər sakini ov tüfəngi ilə qonşusunu güllələyib.
Şəhərin Esenyurt rayonunda baş verən hadisə zamanı Samet adlı şəxs əvvəllər də mübahisə etdiyi qonşusunun onun evini izlədiyini iddia edib və qonşusunun evinə atəş açmağa başlayıb. "Sənə demədimmi ki, bu evi izləmə, səni güllə atəşinə tutacağam", - deyə o qışqırıb.
Sərxoş olan Samet söyüş və təhqirlər yağdıraraq atəş açmağa davam edib.
Güllələrdən biri pəncərədən keçərək digər qonşunu yaralayıb, lakin onun həyati təhlükəsinin olmadığı məlum olub.
Hadisə yerinə çox sayda polis qrupları gəlib və atəş edən şəxs saxlanılıb.
Samet, hətta saxlanıldığı zaman belə hədə-qorxularına davam edib. "Çıxım, sizinlə görüşəcəyəm", - deyə o, digər qonşularını da təhdid edib.
İstanbulda kişi evini pusduğuna gorə qonşusunu ov tüfəngi ilə güllələyib
30
dekabr
18:32

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat