Türkiyə Cənubi Afrika Respublikasının (CAR) İsrailə qarşı Beynəlxalq Ədalət Məhkəməsinə müraciətini alqışlayır.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçelinin açıqlamasında deyilir.
O qeyd edib ki, İsrail Qəzzada əksəriyyəti qadın və uşaq olan 22 mindən çox dinc fələstinlini qətlə yetirdiyinə görə, beynəlxalq hüquq qarşısında cavab verməlidirlər.
“Ümid edirik ki, proses ən qısa zamanda yekunlaşacaq. Eyni şəkildə, bu ərizəyə uyğun olaraq, Beynəlxalq Ədalət Məhkəməsinin İsrailin Qəzzaya hücumlarını dayandırmaq üçün müvəqqəti tədbir görəcəyi də gözlənilir. Türkiyə bu qərarın icrasını təqib edəcək”, - XİN sözçüsü əlavə edib.
Türkiyə XİN: CAR-ın İsrailə qarşı Beynəlxalq Ədalət Məhkəməsinə müraciətini alqışlayırıq
03
yanvar
16:42

Qarabağ
KOMMENTLƏR
Cənubi Afrika İsrailə qarşı soyqırım iddiası irəli sürdü
Ömər Çelik: Türkiyə Qəzzada humanitar fasilənin daimi atəşkəsə vəsilə olacağına ümid edir
Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın vəsatətini rədd etdi - YENİLƏNİB
Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın əsas iddia sənədinə baxılmanı dayandırıb
Türkiyə İsrailə səfir təyin etdi
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
- "Laçının "Mədəniyyət Paytaxtı" elan edilməsi ilə əlaqədar Tədbirlər Planı təsdiqləndi" - Əli Əsədov
- Lisey və gimnaziyalara şagird qəbulu üzrə imtahan cədvəli açıqlandı
- Kolleclərə qəbul üçün qabiliyyət imtahanlarına qeydiyyat başlayır
- Rusiya Britaniya Şurasının fəaliyyətini arzuolunmaz elan edib
- "Rusiya atəşkəsə razı olsaydı, “Hörümçək toru” olmayacaqdı" - Zelenski
- Onların ABŞ-yə girişi qadağandır! - Trampdan qərar
- Rusiya XİN Zelenskinin bu iddialarını əsassız adlandırdı
- “Qardaşımı “İstanbul NS” klinikasının həkimləri öldürdü…” – Şikayət
- Azərbaycanda növbəti torpaq hərracları elan edildi