Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) 2015-ci ildən həyata keçirilən “Azərbaycan multikulturalizmi” fənninin yerli və xarici ölkə universitetlərində tədrisi layihəsi çərçivəsində 2023-cü ilin sonunadək “Azərbaycan multikulturalizmi” fənni dünyanın 26, Azərbaycanın isə 44 nüfuzlu ali məktəbində tədris olunub.
Bu barədə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzindən məlumat verilib.
Tədris keyfiyyətinin yüksəldilməsi və müəllimlərin bilik səviyyələrinin artırılması məqsədilə “Multikulturalizmə giriş” və “Azərbaycan multikulturalizmi” fənlərini tədris edən müəllimlər üçün Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən ildə iki dəfə treninqlər təşkil olunub. Treninqi uğurla bitirən müəllimlərə müvafiq sertifikatlar verilib.
Tələbələrin bilik və bacarıqlarının səviyyəsinin müəyyənləşdirilməsi, eyni zamanda, onların bu fənnin tədrisi ilə bağlı sual, təklif və iradlarının öyrənilməsi məqsədilə “Multikulturalizmə giriş” fənninin (Azərbaycanda ali məktəblərin bakalavr səviyyəsində tədris edilir) monitorinqi aparılıb.
Ötən il dünyanın 26 ali məktəbində “Azərbaycan multikulturalizmi” fənni tədris olunub
03
yanvar
18:40

Qarabağ
KOMMENTLƏR
Ukraynanın orta məktəbində Azərbaycan dili fənni tədris olunmağa başladı - VİDEO
Prezidentdən Elmira Axundova ilə bağlı SƏRƏNCAM
Tədris ili 15 sentyabrda başlayır - ƏMR
Pakistanda Azərbaycan Mərkəzi açılacaq - FOTOLAR
Leyla Əliyeva Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının üzvü oldu
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
- "Laçının "Mədəniyyət Paytaxtı" elan edilməsi ilə əlaqədar Tədbirlər Planı təsdiqləndi" - Əli Əsədov
- Lisey və gimnaziyalara şagird qəbulu üzrə imtahan cədvəli açıqlandı
- Kolleclərə qəbul üçün qabiliyyət imtahanlarına qeydiyyat başlayır
- Rusiya Britaniya Şurasının fəaliyyətini arzuolunmaz elan edib
- "Rusiya atəşkəsə razı olsaydı, “Hörümçək toru” olmayacaqdı" - Zelenski
- Onların ABŞ-yə girişi qadağandır! - Trampdan qərar
- Rusiya XİN Zelenskinin bu iddialarını əsassız adlandırdı
- “Qardaşımı “İstanbul NS” klinikasının həkimləri öldürdü…” – Şikayət
- Azərbaycanda növbəti torpaq hərracları elan edildi