Kopenhagendəki Kristiansborq Sarayında keçirilən qəbul zamanı səfir Zaur Əhmədov Ülyahəzrət Kraliçaya və Vəliəhd Şahzadə Fredrikə Yeni il təbriklərini çatdırıb.
Tədbir zamanı habelə diplomatik korpus adından, qarşıdakı günlərdə Taxt-tacdan Şahzadə Fredrikin xeyrinə imtina edəcəyini açıqlayan Kraliçaya ən xoş arzular ifadə olunub və Şahzadə Fredrikə dövlət başçısı qismində gələcək fəaliyyətində uğurlar arzu edilib.
