Cənubi Koreya hökuməti Koreya Xalq Demokratik Respublikasının (KXDR) hərbi təxribatı ehtimalı ilə əlaqədar sərhəd zonada yerləşən Yonpyonq adasının sakinlərinın dərhal sığınacaqlara təxliyə edilməsinə qərar verib.
“Yonhap” agentliyi xəbər verir ki, bu barədə Cənubi Koreyanın Müdafiə Nazirliyi açıqlama yayıb. Bildirilir ki, təcili təxliyəyə Müdafiə Nazirliyinin istəyi ilə yerli vaxtla günorta 12:02-də qərar verilib. “Biz təxliyə barədə qərarı hərbi hissədən Şimali Koreyanın təxribatı ilə əlaqədar Yonpyonq adasına dənizdən zərbələr endiriləcəyi barədə məlumat aldıqdan sonra verdik”- deyən səlahiyyətli şəxs “Yonhap” agentliyinə bildirib.
Cənubi Koreyanın Müdafiə Nazirliyi KXDR hərbçilərinin yanvarın 5-də səhər saat 9:00-dan 11:00-dək özünün qərb sahilindəki Canqsan və Deunqsan burnundan 200-dək artilleriya atəşi açması barədə məlumat yayıb. Həmin ərazi Cənubi Koreyanın Benyon və Yonpyonq adaları ilə üzbəüz yerləşir. Mərmilər iki ölkə arasında faktiki dəniz sərhədi olan şimal sərhəd xəttinin şimalındakı bufer zonasına düşüb. Bufer zona sərhəddəki gərginliyi azaltmaq üçün 2018-ci ildə imzalanmış hərbi müqaviləyə əsasən yaradılıb.
Bu adanın sakinləri təxliyə olunur
05
yanvar
10:23

Qarabağ
KOMMENTLƏR
Şimali Koreya Cənubi Koreya adalarına doğru 200-ə yaxın artilleriya mərmisi atıb
Şimali Koreya Cənubi Koreyadan gələn zənglərə cavab vermir
Cənubi Koreya və ABŞ birgə hərbi təlimlərə başlayıb
Şimali Koreya Yaponiya istiqamətinə 2 ballistik raket atdı
Şimali Koreya Yaponiya istiqamətində iki ballisik raket atdı
- Azərbaycanda növbəti torpaq hərracları elan edildi
- Prezident Samir Nuriyevi sədr təyin etdi
- Putin Ukraynanın hücumuna "cavab verəcəyini" vəd edib
- Mədəni sərvətlərə vahid qaydada pasport veriləcək
- Mədəni sərvətlərə vahid qaydada pasport veriləcək
- "Lukoil"da kartla ödənişlərdə problem yarandı
- “Limak Kargo” bağlamamı itirib, pulumu qaytarmır, “səsini kəs” deyirlər – ŞİKAYƏT
- Mədəni sərvətlərə vahid qaydada pasport veriləcək
- “Ona 900 min dolların qarşılığında 2-3 milyon dollar vermişəm”
- Həbsdə olan MTK rəhbərindən “Atlant”ın sahibinə: 30 il qulun olmuşam