Rusiyanın xarici ölkələrdə dondurulmuş maliyyə aktivləri Ukraynaya dəstək üçün istifadə edilməlidir.
Bunu Ukrayna Prezidenti Vladimir Zelenski "X" hesabında paylaşımında bildirib.
Ukrayna dövlət başçısının sözlərinə görə, hazırda Rusiyanın xaricdə dondurulmuş aktivləri 300 milyard dollara yaxındır.
"Onlardan Ukraynaya dəstək üçün istifadə edilməlidir. Bu, öz terrorunun əvəzini ödəməsi üçün tarixi fürsətdir. Rusiya elitası və rəhbərliyi üçün insan həyatı önəmli deyil, amma onlar pulu hər şeydən üstün tuturlar. Onlar üçün aktivlərin itirilməsi ən ağrılı itki olacaq. Onlar beynəlxalq ictimaiyyətin əsl gücünü hiss edəcək və dünyanın terrordan güclü olduğunu görəcəklər. Dondurulmuş Rusiya aktivlərindən Ukraynaya dəstək üçün istifadə qərarı Rusiyanın Ukraynaya təcavüzünə tamamilə ədalətli və qanuni cavab olacaq. Bu, dünyanın bütün potensial təcavüzkarlarına mesaj olacaq - başqa bir dövlətə hücum etməyin bədəli olur, təcavüzkar ödəməyə məcbur edilir", - Prezident Zelenski bildirib.
O, bu məsələ ilə bağlı tərəfdaş ölkələri müvafiq qanunvericilik bazası üzərində sürətlə işləməyə çağırıb: "Bu il biz dondurulmuş Rusiya aktivlərinin Ukraynanın rifahı üçün istifadə edilməsi istiqamətində nəzərəçarpacaq irəliləyiş əldə etməliyik. Biz bu məsələdə qətiyyətlə G7 rəhbərliyinə güvənirik".
Zelenski: Rusiyanın xaricdə dondurulmuş aktivləri Ukraynaya dəstək üçün istifadə edilməlidir
06
yanvar
13:35

Qarabağ
KOMMENTLƏR
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
- "Laçının "Mədəniyyət Paytaxtı" elan edilməsi ilə əlaqədar Tədbirlər Planı təsdiqləndi" - Əli Əsədov
- Lisey və gimnaziyalara şagird qəbulu üzrə imtahan cədvəli açıqlandı
- Kolleclərə qəbul üçün qabiliyyət imtahanlarına qeydiyyat başlayır
- Rusiya Britaniya Şurasının fəaliyyətini arzuolunmaz elan edib
- "Rusiya atəşkəsə razı olsaydı, “Hörümçək toru” olmayacaqdı" - Zelenski
- Onların ABŞ-yə girişi qadağandır! - Trampdan qərar
- Rusiya XİN Zelenskinin bu iddialarını əsassız adlandırdı
- “Qardaşımı “İstanbul NS” klinikasının həkimləri öldürdü…” – Şikayət
- Azərbaycanda növbəti torpaq hərracları elan edildi