Afrika və Cənub-Şərqi Asiyanın bəzi ölkələrində 2024-cü ildə dövlət çevrilişləri baş verə bilər.
Xarici KİV xəbər verir ki, bu fikri Avropa İnformasiya Mərkəzinin direktoru Nikolay Topornin deyib.
O, hakimiyyət dəyişikliyinin güclü ssenarisinə meyilli olan dövlətlərin adını çəkib.
"Qaynar nöqtələr Afrika və Cənub-Şərqi Asiyanın bir neçə bölgəsidir. Söhbət sabit dövlət hakimiyyətinin olmadığı, siyasi institutların işləmədiyi, hər şeyin gücdən asılı olduğu ən kasıb dövlətlərdən gedir – kimin gücü daha çoxdursa proseslərə rəhbərlik edir. Bunlar Niger , Mali , Burkina-Faso, Eritreya, Sudan, Somalidir. Asiyada Banqladeş rejimi çox sərtdir, orada nəsə ola bilər, Myanma yaxınlıqdadır. Bu cür vəziyyətlərdən danışarkən biz ən yoxsul ölkələrə diqqət yetiririk, burada yalnız hərbi gücə arxalanan rejimlər var”, o etiraf edib.
Politoloqun fikrincə, dünyanın qlobal mənzərəsi 2024-cü ildə olduğu kimi qalacaq. Avropa və ya Latın Amerikası kimi regionlarda hakimiyyətin zorakılıqla dəyişməsi mümkün deyil. Nikolay Topornin hesab edir ki, hərbi diktaturaya malik olan dövlətlərdə bu ssenari mümkündür.

скачать dle 12.1