"Əl-Cəzirə" telekanalının rəhbəri Vael Dahduhun oğlu Həmzə Dahduh Qəzzada İsrailin hava hücumu nəticəsində həyatını itirib. 
Xarici KİV xəbər verir ki, onun digər jurnalistlərlə birlikdə getdiyi avtomobil partladılıb.
Vael Dahduh bundan əvvəl 26 oktyabrda İsrailin hava hücumu nəticəsində həyat yoldaşı, iki uşağı və bir nəvəsi də daxil olmaqla daha dörd qohumunu itirmişdi. Onun özü də keçən ay "Əl-Cəzirə" telekanalının operatoru Samer Abu Dhakanın ölümü ilə nəticələnən hücumda yaralanıb.
Kanal İsrail qüvvələrinin hərəkətlərini pisləyib, Beynəlxalq Cinayət Məhkəməsini, hökumətləri, insan haqları təşkilatlarını və BMT-ni “İsraili iyrənc cinayətlərinə görə məsuliyyətə cəlb etməyə” çağırıb və “jurnalistlərin hücumlarına və öldürülməsinə son qoyulmasını” tələb edib.
скачать dle 12.1