İran Çabahar limanına əlavə olaraq 40 trilyon rial (80 milyon dollar) sərmayə yatırıb və limanın yükaşırma imkanı 8 milyon tonu keçib.
Bu sözləri İranın yollar və şəhərsalma naziri Mehrdad Bazarpaş deyib. O bildirib ki, liman uzaq ölkələrlə dəniz ticarətinin inkişafına təkan verməklə yanaşı, həm də Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin (ŞCBND) fəaliyyətində mühüm rol oynayır. Bu liman İranın qonşu dövlətlərlə nəqliyyat, tranzit, ticarət sahəsindəki əlaqələrini artırır.
Çabahar limanı 7 min 2 kilometrlik ŞCBND-nin əvvəli hesab olunur. Cənub-Şərqi Asiya ölkələrindən Avropaya ixrac edilən yüklər Hindistanın Mumbai limanından İranın Çabahara limanına, buradan Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu ilə Rusiya və Şimali Avropaya daşınacaq.
Çabahar İranın okeana yeganə çıxışı olan limanıdır.
скачать dle 12.1