İsrail qüvvələri tezliklə Qəzzanın şimalında əməliyyatların daha az intensiv mərhələsinə keçəcək.
Bu barədə İsrailin müdafiə naziri Yoav Qallant "Wall Street Journal" a müsahibəsində bildirib.
O, İsrail ordusunun "müharibənin intensiv manevr mərhələsi" adlandırdığı vəziyyətdən "müxtəlif növ xüsusi əməliyyatlara" keçəcəyini deyib.
"Biz Qəzza şəhəri də daxil olmaqla şimalda növbəti mərhələyə yaxınlaşırıq",-müdafiə naziri deyib. O çox sayda mülki vətəndaşı nəzərə almalı olduqlarını deyib və hərbi taktikalara düzəlişlər edilməli, bunun üçün bir az vaxt lazım olduğunu əlavə edib.

Müharibədən sonra Qəzzanın “reabilitasiyasına” nəzarət etmək üçün müdafiə naziri Avropa və Yaxın Şərq tərəfdaşları ilə birlikdə ABŞ-ın rəhbərlik etdiyi çoxmillətli işçi qrupunun yaradılmasını təklif edib.

скачать dle 12.1