G7 dövlətləri HAMAS-la müharibənin tezliklə sona çatması və mülki itkilərin azaldılması üçün İsraillə təmasdadır.
Bu barədə İtaliya xarici işlər naziri Antonio Tayaninin britaniyalı həmkarı Devid Kemeron və fransalı həmkarı Katrin Kolonna ilə telefon danışığına dair İtaliya XİN-in yaydığı bəyanatda qeyd olunub.
Bildirilib ki, nazir Tayaninin G7 əməkdaşlığı çərçivəsində həmkarları ilə telefon danışığı zamanı müzakirə olunan əsas mövzü Yaxın Şərq regionundakı müharibə vəziyyəti olub.
"Nazir Tayani həmkarlarına bəzi məqsədlərə nail olmaq üçün (münaqişəyə - red.) cəlb olunmuş tərəflərə G7 səviyyəsində ümumi təzyiq formalarını müəyyən etməyi təklif edib. Fələstinli mülki itkilərin sayını dərhal azaltmaq mütləq zərurətdir. İkinci məqsəd, “iki xalq üçün iki dövlət” həllinin “çətin, lakin qaçınılmaz” perspektivini gücləndirmək baxımından İsrail hökumətinə hərbi əməliyyatları dayandırması üçün təzyiq göstərməkdir. Nazir Tayani hesab edir ki, G7 ölkələri İsrail hökuməti ilə hərbi mərhələdən sürətli çıxış yolu tapmaq, diplomatiya və siyasətə qayıtmaq üçün işləyir. İsrail dövlətinin sağ qalması və təhlükəsizliyi təmin edilməlidir, lakin biz bu mərhələdən tez çıxmalı və diqqətimizi bölgədəki ərəb ölkələrinin dəstəyinə yönəltməliyik", XİN Antonio Tayaniyə istinad edib.
Xatırladaq ki, G7-yə sədrlik İtaliyaya keçib.
G7 HAMAS-la müharibənin tezliklə bitməsi üçün İsraillə təmasdadır
08
yanvar
18:15

Qarabağ
KOMMENTLƏR
- Mədəni sərvətlərə vahid qaydada pasport veriləcək
- “Ona 900 min dolların qarşılığında 2-3 milyon dollar vermişəm”
- Həbsdə olan MTK rəhbərindən “Atlant”ın sahibinə: 30 il qulun olmuşam
- “Melissa Group”un vətəndaşın başına uçurduğu ev sökülür
- Saleh Məmmədov Zülfüqar Xəlilovu vəzifəsindən azad etdi
- Pentensiar xidmətdə rəisin qəbulunda məhbus anasının ürəyi getdi,yerə yıxıldı-VƏZİFƏLİ ŞƏXSLƏR ƏLƏ SALIB GÜLDÜLƏR,ARTİSTLİK EDİR DEDİLƏR....