Almaniya Səudiyyə Ərəbistanına “Eurofighter” qırıcılarının ixracın edilməsinə qoyduğu qadağanı götürür.

“Politico” xəbər verir ki, Berlin bu addımını 7 oktyabrda HAMAS-ın İsrailə hücumundan sonra dəyişən vəziyyət, həmçinin Səudiyyə Ərəbistanının İsrailə qarşı çox konstruktiv davranması ilə əlaqələndirib.

Səudiyyə Ərəbistanı 2007-ci ildə 4,4 milyard funt-sterlinq dəyərində 72 “Eurofighter” qırıcısı alıb. Bu qırıcılar təhvil verilsə də Ər-Riyad əlavə 48 qırıcı almaq istəyib. Lakin Berlin Böyük Britaniya, Almaniya, İtaliya və İspaniyanın birgə layihəsi olan “Eurofighter” qırıcılarının əlavə ixracına Səudiyyə Ərəbistanın Yəməndəki vətəndaş müharibəsində oynadığı rolu və 2018-ci ildə jurnalist Camal Qaşıqçının öldürülməsini əsas gətirərək qadağa qoyub.скачать dle 12.1