Almaniyanın xarici işlər naziri Annalena Berbok Qəzza zolağında fələstinliləri yardımla təmin etmək üçün yeni humanitar atəşkəs çağırışı edib.
Bu barədə Annalena Berbok misirli həmkarı Sameh Şukri ilə Qahirədə keçirdiyi mətbuat konfransında deyib.
O deyib ki, İsrail ordusu daha az intensiv, daha məqsədyönlü antiterror əməliyyatı aparmalıdır.
"Və daha çox humanitar fasilələrə ehtiyacımız var ki, insanlara əhəmiyyətli dərəcədə daha çox yardım paylana bilsin", almaniyalı nazir vurğulayıb.
"İsrail ordusu Qəzzadakı mülki insanları qorumaq üçün daha çox işlər görməlidir", deyən Berbok bir daha İsrail və Fələstinlilər arasında iki dövlətli həllin tərəfdarı olduğunu vurğulayıb.
"Bu qədər günahsız fələstinlinin iztirabları belə davam edə bilməz", - deyə o bildirib
Almaniya XİN rəhbəri Qəzzada yeni humanitar atəşkəsə çağırış edib
09
yanvar
17:18

Qarabağ
KOMMENTLƏR
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- İlham Əliyev Tokayevi təbrik etdi
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər