Fransanın Daxili Təhlükəsizlik Baş İdarəsinə yeni rəhbər təyin olunub.
Bu barədə Fransanın daxili işlər naziri Gerald Darmanin "X" hesabında paylaşım edib.
Onun sözlərinə görə, Selin Berton Fransanın Daxili Təhlükəsizlik Baş İdarəsinə rəhbər təyin olunub: "Bu gündən etibarən Selin Berton Daxili Təhlükəsizliyin yeni baş direktorudur".
Nazir vurğulayıb ki, yeni əks-kəşfiyyat rəisi "səriştəsi geniş şəkildə tanınan təcrübəli işçidir".
Daxili işlər naziri Bertonun terrorizmlə mübarizəyə verdiyi töhfəni xüsusi qeyd edib: "Onun fransızların təhlükəsizliyinə fədakarlığı hədsizdir".
Fransanın daxili işlər naziri deyib ki, terrorla mübarizə prioritet məsələdir.
"2017-ci ildən Fransa Prezidenti Emmanuel Makronun rəhbərliyi altında biz Daxili Təhlükəsizlik Baş İdarəsinin resurslarını xeyli gücləndirmişik və 2024-cü ilə qədər işçilərin sayını 5000-ə çatdırmışıq. Heç vaxt hökumət bizim kəşfiyyat xidmətlərimizə bu qədər sərmayə qoymayıb", - nazir əlavə edib.
Fransanın Daxili Təhlükəsizlik Baş İdarəsinə yeni rəhbər təyin olunub
09
yanvar
18:50

Qarabağ
KOMMENTLƏR
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
- "Laçının "Mədəniyyət Paytaxtı" elan edilməsi ilə əlaqədar Tədbirlər Planı təsdiqləndi" - Əli Əsədov
- Lisey və gimnaziyalara şagird qəbulu üzrə imtahan cədvəli açıqlandı
- Kolleclərə qəbul üçün qabiliyyət imtahanlarına qeydiyyat başlayır
- Rusiya Britaniya Şurasının fəaliyyətini arzuolunmaz elan edib
- "Rusiya atəşkəsə razı olsaydı, “Hörümçək toru” olmayacaqdı" - Zelenski
- Onların ABŞ-yə girişi qadağandır! - Trampdan qərar
- Rusiya XİN Zelenskinin bu iddialarını əsassız adlandırdı
- “Qardaşımı “İstanbul NS” klinikasının həkimləri öldürdü…” – Şikayət
- Azərbaycanda növbəti torpaq hərracları elan edildi