İran Rusiyanın Ukraynadakı müharibəsi üçün yeni hücum pilotsuz uçuş aparatı (PUA) hazırlayıb.
"Sky News" xəbər verir ki, bu barədə məlumatlı mənbə bildirib.
"Shahed-107 "partlayıcı və kəşfiyyat" pilotsuz uçuş aparatı kimi təsvir edilən PUA-nın ehtimal ki, Ukrayna qüvvələri tərəfindən istifadə edilən Britaniya və Amerikanın çoxburaxılışlı raket sistemləri kimi döyüş hədəflərini axtarmaq üçün texnologiya ilə təchiz edildiyi qeyd olunur.
Mənbə "Sky News"a bildirib ki, dəyəri 2 milyon dollardan çox olan sövdələşmədə Rusiyaya xüsusi hazırlanmış pilotsuz uçuş aparatının "bir neçə hissəsi" təklif olunub.
Mənbə bildirib ki, bu, İranın Rusiyanın Ukrayna ilə bağlı maraqlarını dəstəkləmək üçün vacib güc layihələndirmə fəaliyyətini əks etdirir.
Məlumatlı təhlükəsizlik mənbəsi Tehranın Moskvanı yerüstü raketlərlə təmin etməyə yaxın olduğunu iddia edib.
Xatırladaq ki Ukrayna və Qərb ölkələri daha əvvəl Tehranı Moskvaya “Şahed-131” və “Şahed-136” kimi tanınan və hədəflərə uçaraq partladıqları üçün “intiharçı dronları” adlandırılan yüzlərlə PUA ilə təmin etməkdə ittiham edib.
KİV: İran Rusiyanın Ukraynadakı müharibəsi üçün yeni PUA hazırlayıb
10
yanvar
12:59

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat