Yaponiyanın qərb sahillərində baş vermiş 7,6 maqnitudalı zəlzələ nəticəsində həlak olanların sayı 206 nəfərə çatıb.

Yaponiya mətbuatı xəbər verir ki, zəlzələ nəticəsində 91 nəfər Suzu, 81 nəfər Uacima, 20 nəfər Anamizu şəhərlərində, daha bir neçə nəfər isə digər dörd şəhərdə həlak olub.

7 nəfərin təxliyə mərkəzlərində vəfat etdiyi bildirilir.

İşikava rəsmilərinin məlumatına görə, zəlzələ nəticəsində 566 nəfər xəsarət alıb, 1 787 ev dağılıb və ya ciddi zədələnib.

Məlumata görə, təbii fəlakət təxminən 30 min nəfəri evsiz qoyub.

Zəlzələdən sonra 1000-dən çox afterşok qeydə alınıb. İtkin düşən 52 nəfərin axtarışlarının davam etdirildiyi bildirilir.

Həmçinin, hündürlüyü 3 metr olan sunami sahilyanı evləri basıb, Uacima şəhərinin bir hissəsində güclü yanğın baş verib.

Rəsmilər sığınacaqlardakı insanlar arasında infeksiyon xəstəliklərin yayılması riski ilə bağlı xəbərdarlıq ediblər. Qida və içməli su çatışmazlığı olduğu, insanların havaların soyuduğu bir vaxtda soyuq döşəmələrdə yatdığı bildirilir.

Təbii fəlakətə reaksiyası səbəbilə tənqidlərə məruz qalan hökumətin xərclərinin artacağı qeyd olunub.скачать dle 12.1