Niderlandlı müğənni Şineyd Okonnorun ölüm səbəbi bəlii olub.
Xarici KİV xəbər verir ki, 56 yaşında həyatını itirən Şineydin təbii səbəblərdən vəfat etdiyi məlum olub.
"BBC"nin yaydığı məlumata əsasən, artıq sənətçini ölüm səbəbini müəyyən etmək üçün "Southwark" ekspertiza mərkəzində aparılan araşdırmalar dayandırılıb.
Xatırladaq ki, Şineyd Okonnor ötən ilin iyulunda vəfat edib. O 23 ildən sonra Londona köçüb. Sənətçi ölümündən iki həftə əvvəl sosial şəbəkə hesabında 2024-cü ildə işıq üzü görəcək albomu barədə məlumat vermişdi.
Şineyd bildirmişdi ki, 2024-cü ildə Avstarliya, Yeni Zelandiya, ABŞ və Avropada konsert proqramları ilə çıxış edəcək. Şineyd Okonnor 1990-cı illərdə "Nothing Compares" mahnısı ilə məşhurluğun zirvəsinı yüksəlib.
скачать dle 12.1