Pakistanın Hayber Paxtunxva əyalətində deputatlığa namizəd Kəlimullah Xan və onun 2 mühafizəçisi silahlı hücum nəticəsində həyatını itirib.
Pakistanda parlament namizədi Kəlimullah Xan və onun 2 mühafizəçisi silahlı hücum nəticəsində həyatını itirib.
Dawn qəzetində yer alan xəbərə görə, Hayber Paxtunxva əyalətinin Şimali Vəziristan bölgəsində naməlum şəxslər fevralın 8-də keçiriləcək ümumi seçkilərdə deputatlığa namizəd olan Kəlimullah Xanın maşınına silahlı hücum edib.
Səlahiyyətlilər, Han və 2 mühafizəçisinin həyatını itirdiyini açıqlayıb.
Xan Şimali Vəziristan bölgəsindən parlamentə müstəqil namizəd idi.
8 fevral seçkilərdən əvvəl hücumlar artıb. Bəlucistanın Turbat bölgəsində Pakistan Müsəlman Liqası-Nəvaz Partiyasından (PML-N) deputatlığa namizəd Aslam Bulediyə silahlı hücum edilib.
Xəsarət alan Buledi xəstəxanaya aparılıb. Bəlucistandakı müvəqqəti hökumətin baş naziri Əli Mərdan Domki hücumu qətiyyətlə pisləyib və əyalətdəki bütün deputat namizədlərinə yüksək səviyyəli mühafizənin təmin edilməsi barədə göstəriş verib.
Fevralın 8-də keçiriləcək ümumi seçkilər öncəsi Hayber-Paxtunxva və Bəlucistan əyalətlərində terror hadisələri artmaqdadır. Keçmiş deputat Muhsin Davar yanvarın 3-də Şimali Vəziristanda karvanına silahlı hücumdan sağ-salamat xilas olub.
Yanvarın 3-də Xeyber-Paxtunxvanın Bacaur bölgəsində İslam Üləma Cəmiyyəti Partiyasından deputatlığa namizəd Qari Hayrullah da bomba hücumuna məruz qalıb. Hayrulla hücumdan sağ çıxıb.
Pakistanda deputatlığa namizəd və mühafizəçiləri öldürüldü
11
yanvar
09:36

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat