Yunanıstanın baş naziri Kiriakos Mitsotakis hakimiyyətin eynicinsli nikahları qanuniləşdirmək, eləcə də eynicinsli cütlüklərə uşaqları övladlığa götürməyə icazə vermək niyyətlərini təsdiqləyib.
Xarici KİV xəbər verir ki, Mitsotakisin sözlərinə görə, eynicinsli nikahları və homoseksual cütlüklərin uşaqları övladlığa götürməsini qanuniləşdirmək üçün qanunvericilik təşəbbüsləri artıq bir çox Avropa ölkələrindəkindən əsaslı şəkildə fərqlənmir.
Eyni zamanda, o, “tək kişinin surroqat anadan uşaq sahibi ola bilməyəcəyini” vurğulayıb.
Yunanıstanın baş naziri təsdiq edib ki, sağçı Yeni Demokratiya partiyasını təşəbbüslər üzrə səs verməyə məcbur etməyəcək və Pravoslav Kilsəsinin əhəmiyyətli təsirə malik olduğu yunan cəmiyyətində məsələ ilə bağlı kompromis tapmağa çalışır.
Mitsotakis əmin edib ki, Yunanıstan hökumətinin eynicinsli cütlüklərin evlənməsi və uşaqları övladlığa götürməsi ilə bağlı xüsusi qanunvericilik təklifi əvvəlcə ictimai müzakirəyə təqdim olunacaq.
Daha bir ölkə eynicinslilərin nikahını qanuniləşdirir
11
yanvar
09:45

Qarabağ
KOMMENTLƏR
- Türkiyə danışıqların yeni raundunu gözləyir
- Ərdoğan yenidən sədr seçilən Kurtulmuşu qəbul etdi
- Lavrov Şahbaz Şərifin köməkçisi ilə görüşdü
- Zelenski yeni komandanlar təyin etdi
- Kəmaləddin Heydərov Ramiz Mehdiyevin qohumunu təqaüdə göndərdi
- İcra başçısı özünə yeni müavin təyin etdi
- "Onunla danışıqlar aparmaq çətindir" - Tramp
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
- "Laçının "Mədəniyyət Paytaxtı" elan edilməsi ilə əlaqədar Tədbirlər Planı təsdiqləndi" - Əli Əsədov
- Lisey və gimnaziyalara şagird qəbulu üzrə imtahan cədvəli açıqlandı