ABŞ dövlət katibi Antoni Blinken İsrail rəsmiləri ilə görüşdə “HƏMAS-ı tamamilə aradan qaldırmağın mümkün olmadığını” deyib.
Bu barədə İsrailin "Kanal 13" telekanalı məlumat yayıb.
Bildirilir ki, Blinken dövlət rəsmilərinə Qəzza zolağındakı müharibənin tez başa çatması üçün ABŞ-nin ikili dövlət planını təqdim edib. Lakin rəsmilər bu layihəni dəstəkləməyib.
Həmçinin, Blinken nazirlərə "Sizin arzularınız olduğu kimi, fələstinlilərin də arzuları var. Siz bunu qəbul etməlisiniz" deyib. Buna cavab olaraq İsrailin strateji işlər naziri Ron Dermer İordan çayının qərb sahilindəki fələstinlilərin 85 faizinin HƏMAS-ın oktyabrın 7-də həyata keçirdiyi hücumu dəstəklədiyini bildirib.
Qeyd edək ki, Yaxın Şərq turu çərçivəsində Türkiyə, İordaniya, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, İsrail və işğal altındakı İordan çayının qərb sahili və Bəhreynə gedən Blinkenin Misirə də səfər etməsi gözlənilir.
"HƏMAS-ı tamamilə sıradan çıxarmaq mümkün deyil" - Blinken
11
yanvar
10:00

Qarabağ
KOMMENTLƏR
Antoni Blinken: "ABŞ Fələstin dövlətinin yaradılmasını dəstəkləyir"
Blinken Mahmud Abbasla görüşüb
Antoni Blinken: "Türkiyə və ərəb ölkələri Qəzzanın bərpası üzərində işləməyə hazırdır"
Ərdoğan Antoni Blinkeni qəbul edib - YENİLƏNİB
ABŞ dövlət katibinin Türkiyəyə səfərinin proqramı və məqsədi açıqlanıb
- Türkiyə danışıqların yeni raundunu gözləyir
- Ərdoğan yenidən sədr seçilən Kurtulmuşu qəbul etdi
- Lavrov Şahbaz Şərifin köməkçisi ilə görüşdü
- Zelenski yeni komandanlar təyin etdi
- Kəmaləddin Heydərov Ramiz Mehdiyevin qohumunu təqaüdə göndərdi
- İcra başçısı özünə yeni müavin təyin etdi
- "Onunla danışıqlar aparmaq çətindir" - Tramp
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
- "Laçının "Mədəniyyət Paytaxtı" elan edilməsi ilə əlaqədar Tədbirlər Planı təsdiqləndi" - Əli Əsədov
- Lisey və gimnaziyalara şagird qəbulu üzrə imtahan cədvəli açıqlandı