Türkiyə KİV xəbər verir ki, hadisə ötən il noyabrdın 17-də baş verib.
Belə ki, Lüleburqazın Eskitaşlı kəndində naməlum şəxslər tərəfindən bal meşələrinə kimyəvi tullantılar atılıb.
Arıçılıqla dolanan kənd sakinləri vəziyyəti aidiyyatı qurumlara çatdırıblar.

Yazının tarixinin Polat cütlüyünün həbs olunduğu tarixə yaxın olmaması diqqətdən qaçmayıb.
Hadisə ilə bağlı irəli sürülən iddia gündəmə gəlib.
Yük maşını ilə meşəyə atılan kimyəvi tullantıların Dilan-Engin Polat cütlüyünə aid kremlər olduğu iddia edilib.
Hazırda hadisə ilə bağlı ölkədə müvafiq orqanlar araşdırmalara başlayıb. Kimyəvi maddəni meşəyə tökənlərin kimliyi axtarılır.